XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Türk futbolçu Avroliqanın tarixinə düşdü
İDMAN 13:50 / 06.11.2020
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Milan”la səfər oyununda (3:0) het-trik edən "Lill”in futbolçusu Yusuf Yazıçı turnirin tarixinə düşüb.

"San-Siro”da rəqib qapısından 3 top keçirən türkiyəli yarımmüdafiəçi Avropa Liqasında bir mövsümdə iki səfər oyununda het-trik edən ilk futbolçu olub.

Türkiyə millisinin üzvü qrup mərhələsinin 1-ci turunda "Sparta” (Çexiya) ilə görüşdə də (4:1) het-trik etmişdi.

Qeyd edək ki, 2019-cu ildən "Lill”də çıxış edən hücumameyilli yarımmüdafiəçi bu mövsüm ümumuilikdə 11 oyuna 7 qol vurub.
5346 oxunub

InvestAZ