XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



Təhsil Nazirliyindən tələbələrə və təhsil müəssisələrinə MÜRACİƏT
Elm 15:36 / 02.11.2020

Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindənhttps://e-telebe.edu.azelektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq.

Nazirlikdən verilən məlumata görə, müraciətlər üçün son tarix 10 noyabr 2020-ci il nəzərdə tutulur.

Tələbələrin qeyd edilən tarixədəkhttps://e-telebe.edu.azelektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilmiş qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir.

Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindənhttps://e-telebe.edu.azelektron portalı vasitəsilə cari tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.


6856 oxunub

InvestAZ