XƏBƏR LENTİ
01 Dekabr 2020
30 Noyabr 2020



Bu şirkət Qarabağda terrorçu rejimi maliyyələşdirir
DÜNYA 07:25 / 30.10.2020

"Jonson&Jonson” şirkəti Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirir.

Yenisəs.az  Oxu.az-a istinadən xəbər verir ki, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula "Jonson&Jonson” tərəfindən 50% əlavə ediləcəyini bildirib.

Bu addımla "Jonson&Jonson” Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombaları istifadə edən terroristik qurumu dəstəkləyir.

Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı "Jonson&Jonson” şirkətinə məktublar ünvanlayıb.

Əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalı Azərbaycana qadağan edilə bilər.


511 oxunub

InvestAZ