XƏBƏR LENTİ
26 Noyabr 2020
25 Noyabr 2020
24 Noyabr 2020



Beynəlxalq aləm göz yumduqca Ermənistan terrora davam edəcək - Deputat
Gündəm 14:05 / 29.10.2020

Beynəlxalq aləm Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən, dinc əhalinin yaşadığı şəhərləri raket atəşinə tutaraq insanları qətlə yetirməsinə göz yumduqca bu ölkə özünün terror hərəkətlərini davam etdirəcək.

Bunu  Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademeyiasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq istəyir.

Lakin onların öz çirkin məqsədlərinə nail olmayacağını deyən İ.Həbibbəyli Bərdənin qisasının döyüş meydanında alındığını və bundan sonra da alınacağını söyləyib.

İ.Həbibbəyli qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan dinc əhalinin yerləşdiyi ərazilərə, obyektlərə atəş açmır. Ermənistan tərəfi bunu bildiyi üçün özünün hərbi iclaslarını hərbi iqamətgahlarda deyil, mülki obyektlərdə keçirir, belə obyektlərə hərbi sursatlar yerləşdirir:

"Ermənistan belə etməklə beynəlxalq konvensiyaların da tələblərini pozur. Ermənistan bu addımı ilə dinc əhalisini də güllə qabağına qoyur, onların taleyi ilə oynayır. Dünya ictimaiyyəti bunları da görməlidir. Belə məsələlərdə hüquqi normalar gözlənilməlidir. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması tələb edilməlidir ki, müharibəyə son qoyulsun. Azərbaycan tərəfi Ermənistanın dinc əhalisinə qarşı heç bir hərbi aksiya törətmək fikrində deyil”.


540 oxunub

InvestAZ