XƏBƏR LENTİ
26 Noyabr 2020
25 Noyabr 2020
24 Noyabr 2020



Bu erməni addımı Fransa üçün biabırçılıqdır - Professor
Gündəm 13:45 / 29.10.2020

Fransanın TF-1 telekanalı kifayət qədər nüfuzlu qurumdur. Bu telekanalın əməkdaşına Qarabağla bağlı yayımladığı və hadisələrin dürüst təsvirini verən bir reportaja görə erməni diasporu tərəfindən təzyiq edilməsi Fransa üçün böyük biabırçılıqdır.

Bu sözləri Axar.az-a media eksperti, professor Qulu Məhərrəmli Fransanın TF-1 telekanalının müxbiri Liseron Budulun Ermənistan təcavüzünü işıqlandırdığına görə erməni diasporu tərəfindən ölümlə hədələnməsi və təxribatlara məruz qalması haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, bu, media işçilərinə qarşı törədilən vəhşilikdir:

"Hesab edirəm ki, bu durum söz azadlığına, mətbuatın cəmiyyətdəki yerinə çox böyük zərbə vurur. Jurnalistə qarşı təzyiq və təxribata baxmayaraq, özünə hörmət edən bir televiziya kanalı o reportajı efir arxivindən ləğv etməməlidir. Bu, nəinki Fransada, ümumiyyətlə, televiziya tarixində rast gəlinməyən hadisədir”.

Q.Məhərrəmli qeyd edib ki, Fransa özünü Qarabağ məsələsində sınaqdan keçməyən, söz və mətbuat azadlığı olmayan, qərəzli, yanlış mövqeyə sahib bir ölkə kimi göstərdi:

"Doğrudur, sözügedən materialın bütün dünyaya yayılıb göstərilməsinin böyük əhəmiyyəti var. Sadəcə olaraq Fransa ictimaiyyəti və rəsmilərinin həqiqəti görməzdən gəlməsi qəbuledilməzdir.

Özünü demokratiyanın vətəni hesab edən, söz və mədəniyyət "azadlığına” böyük meydan verən, hətta Məhəmməd peyğəmbərin karikaturasını belə çap etməyi özünə rəva görən bir dövlətin ictimaiyyəti sadə həqiqətləri qəbul edə bilmir”.


601 oxunub

InvestAZ