XƏBƏR LENTİ
26 Noyabr 2020
25 Noyabr 2020
24 Noyabr 2020



Paşinyan, Bərdəyə raket hücumu ilə böyük səhv etdiniz - Hikmət Hacıyev
SİYASƏT 13:30 / 29.10.2020

Bərdə möhkəm qətiyyəti ilə əvvəlkindən daha güclüdür.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

H.Hacıyev qeyd edib: "Nikol Paşinyan, siz kasetli raket hücumu ilə Bərdənin mülki əhalisini qorxutmaq istədiniz? Bərdə möhkəm qətiyyəti ilə əvvəlkindən daha güclüdür. Böyük səhv etdiniz, hesabınıza daha bir hərbi cinayət əlavə etdiniz. Biz sizin cinayətlərinizi göstərmək üçün indi də Tərtərə gedirik”.


940 oxunub

InvestAZ