XƏBƏR LENTİ
26 Noyabr 2020
25 Noyabr 2020
24 Noyabr 2020



Ermənilərin Fransada hücum etdikləri türkiyəli: “Yaxınlıqda olan Fransa polisi müdaxilə etmədi” - FOTO
DÜNYA 11:40 / 29.10.2020

Fransada ermənilərin Qarabağdakı hadisələrlə bağlı etirazlarında yaralanan türkəsilli Fransa vətəndaşı bildirib ki, yerli polis hadisəyə müdaxilə etməyib.

"Anadolu” agentliyinə danışan Mehmet Coşğun ermənilərin Türkiyə bayrağını yandırmaq istədiyini deyib:

"Beş-altı nəfər idik. Ermənilər Türkiyə bayrağını yandırmasınlar deyə onların yanına getdik”.

M.Coşğunun sözlərinə görə, ermənilər atasını, qardaşını və onu döyüblər, amma buna baxmayaraq, nə yaxınlıqda olan Fransa polisi müdaxilə edib, nə də tibbi yardım vaxtında gəlib.

M.Çoşğun özü atası və qardaşını xəstəxanaya aparıb. O, ağır yaralanan qardaşının xəstəxanada müalicə olunduğunu deyir.

Xatırladaq ki, dünən 300-400 erməni etirazçı Fransanın İzel şəhərində magistral yolu bağlayıb, işə gedən türkəsilli Fransa vətəndaşlarına hücum ediblər.



877 oxunub

InvestAZ