XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Qurban Qurbanov: "Türkiyədə oynayacağımız üçün sevincliyik"
İDMAN 11:38 / 28.10.2020

"Qarabağ"ın baş məşqçisiQurban QurbanovUEFA Avropa Liqasının I qrupunun II turunun ispaniya "Vilyarreal"ı ilə oyunu öncəsi İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.

48 yaşlı mütəxəssis matçı Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib.

"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik", - Qurbanov bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.


5752 oxunub

InvestAZ