XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



GÜNAHIMIZ NƏDİR? - Maşallah Məftun yazır
YAZARLAR 14:08 / 27.10.2020

FINAL MƏRHƏLƏSİ ÖNDƏDİR

Bəli, bu gün Azərbaycan əsgəri tarix yazır. Tarixin dərslərini tarixi yaradanlar yazır. O dərsləri ki, əsrlər, qərinələr ötəcək tarixdə izi silinməyən qəhrəmanlar və onların verdiyi dərslər qalacaq. Ali fikirlər qalacaq, kimlərinsə qolundan tutacaq, kimlərəsə yol göstərəcək, kimlərinsə dizlərini bükəcək. Tarixi qəhrəmanlar yaradır, əyər o ana döşündən təmiz süd əmibsə, qanı təmizdirsə, türklüyü yerindədirsə qorxusu yoxdur. Beləsinin, Vətən-torpaq sevgisi ürəyində, gücü biləyində, eşqi gərəyində, Tanrı köməyində olacaq.

Bu gün ordumuz döyüşür, nöqtə atışıyla yerdən vurur, göydən vurur, düşmən qaçaqaçdadır. Kim göylərə hakimdirsə, yerlərə də hakimdir. Biz kosmos ailəsinin üzvüyük. Pilotsuz aviasiyamız düşmənin atəş ocağlarını göyə sovurur. Ermənilər tanklarını, toplarını bütünlüklə hərbi texnikalarını, hərbi sursatlarını döyüş meydanında ataraq canını qurtarmağa siçan deşiyi axtarırlar. İrəvana tərəf qaçırlar ki, bəlkə canlarını qurtarıb sağ qaldılar.

Bu gün sivlizasiya baxımından Ermənistan təklənib. Üstümüzə qarğa-quzğun kimi tökülüşən güc mərkəzləri yavaş-yavaş kimin kim olduğunu, haqqın kimin tərəfində olduğunu anlamağa başlayıblar. Yeni dünya reallıqları formalaşır. Rəcəb Tayib Ərdoğan demiş:-Axı dünya beşdən böyükdür. Bu baxımdan elə bilirəm İkinci Dünya Müharibəsi ərəfəsində yaranmış BMT-də öz işini yenidən qurmalıdır, əyər onun verdiyi qərarlar, qətnamələr yerinə yetirilmirsə deməli köklü dəyişikliklər etməyə dəyər.

Bizim günahımız nədir?! –Bəlkə türk olmağımızdır...

Dünya görür ki, ermənilər terroristdirlər, yalançıdırlar, kirli siyasət yürüdürlər. Əsrlərdi dünyanın müxtəlif ölkələrində yalan, riyakarlıqlarla şəbəkələr qurublar türkü hörmətdən salmaq üçün. Fransa Minsk qrupunun həmsədridir. Hələ bu az imiş kimi Ermənistana silah satır, muzdlular göndərir. Bu necə ola bilər. Neytral mövqe tutmaq əvəzinə işğalçının tərəfində yer almaq mümkünsüz görünməlidir. Biz bilirik Fransada Azərbaycanın Dağlıq Qarabağ –adlı ərazisini bəzi yaşlı ermənilərdən başqa heç tanıyan yoxdur. Buna bazmayaraq bu ölkədə "Mən müsəlmanam”, "Mən Qarabağlıyam” deyənin gərək yeddi başı olsun. Burada beynəlxalq hüquq beşqatına pozulur. Erməni vəhşiliyi hər addımbaşı özünü göstərir. Onların istər yerli xüsusən jurnalistlərə, düz danışan senator üzvlərinə qarşı təzyiq və terror vasitələri çox güclüdür. 1970-75-ci illərdə böyük dövlətlərin, başqa illərdə olduğu kimi diplomatlarına necə tuzaq qurmaları çoxlarının yadındadır. Bunlara qarşı nə üçün tədbir görülmür- bu sual altında qalmaqdadır. Görünür risklər böyükdür.

Terrorçu dövlətə etibarlı tərəfdaş ola bilməz. Eləcə də dünyanın siyasi elitası da artıq görür ki, erməni kimdir, Paşinyan kimdir. O, siyasətdə, diplomatiyada ösfəaliyyət səviyyəsində olan bir təcrübəsiz gəncdir. Görünən kəndə bələdçilik lazım deyil. Nikol Paşinyan başda olmaqla Ermənistan bütün cəhətdən meydanlarda, daxili və xarici siyasətində xırda nərd oyununda daşların sayını bilməyən xam oyunçu kimi uduzur. Müharibənin çox yox 25 gününün nəticələrini təhlil etsək Ermənistanın faciəsini açıq-aydın görərik. Bu etnosun ordusu bu müddət ərzində minlərlə hərbçisini, (müxtəlif mənbələrə görə 7mindən artıq ölü, 10 mindən çox yaralı) itirib. Döyüş meydanında vurulan tankların, artileriya qurğularının, zenit-raket komplekslərinin, topların, hərbi təyinatlı başqa nəqliyyat vasitələrinin sayı deyilənə görə ABŞ, Rusiya, Hindistan kimi ölkələrin hərbi rəhbərliyini heyrətə salıb. Ali Baş Komandan İlham Əliyev düşmənin 1 milyard dəyəri lan texnika itirdiyini açıqlayıb. Xarici ekspertlərə görə Ermənistan ordusu malik olduğu hərbi texnikanın azı üçdə birini itirb. Bu cırtdan bir dövlət və ordu üçün böyük rəqəmdir. Döyüşlər davam edir. Əyər Rusiya bizə təzyiq göstərərsə qarşısında fikrimcə Türkiyəni görəcək. Bu da bizim son fikrimizdir.

Nikol Paşinyan düşüb dünyanın bəzi dövlətlərinin ayaqlarına yalvarır, dilənir, kömək istəyir. Fransanın prezidenti İmmanuel Makrona yalvarır ki, -Qarabağı tanı. Nə qədər simasız olasan ki, belə yersiz xahiş edəsən. Azərbaycan torpaqlarının hesabına dövlət quran bu etnos indi gör nəyin peşindədir. İlham Əliyev demişkən "...bircə zəng etmədiyi şamanlar qaldı”. Türkiyədən Daşnaksütun partiyasının bir üzvü yazmışdı ki, biz heç vaxt dövlət ola bilmərik. Ona görə biz asılılığı sevirik, müstəqil ola bilmirik. Bəzən düşünürəm:-görəsən həlli heç vaxt mümkün olmayan qələbələrə bu başıpozuqları kimlər sövq etmişdir, onları kimlər ruhlandırmışdır, yoxsa öz işlərini keçirmək üçün bunu etmişlər. Bu olmayan cığırı, izi, yolu onlara göstərənlər kimdir? Var-dövlət, yığmaq başqasının torpaqlarını imkan düşdükcən ələ keçirmək bu millətin xobbisinə çevrilmişdir. Ermənipərəst qüvvələrin Ermənistana, terrorçu bir dövlətə arxa çıxacağı mifdən başqa bir şey deyildir. Bu etnos saxta rəqəmlərlə, saxta tarix yaradaraq özlərinə dövlət qurmuşlar. Bəli-Ermənistan işğalçı dövlətdir. Bütün cəhdlərinə baxmayaraq Azərbaycana qarşı güclü təzyiq formalaşdıra bilmədilər. Hətta Ermənistanın müttəfiqi Rusiyanın prezidenti Vladimir Putin döyüşlərin Azərbaycan torpağında getdiyini bir daha etiraf etməli oldu.

Bu Vətən savaşı bizə görünməzləri yaxşı göstərdi. Azərbaycanın tarixi, əzəli torpaqlarından olan Zəngəzur necə oldu Ermənistanın əlinə keçdi?! Respublukamız qardaş Türkiyə ilə böyük sərhədlərə malik olan bir dövlət olmuşdur. 19-cu əsrdə Çar Rusiyası Qafqazı ilhaq edəndən sonra yerəşdiyi məkanda özünün təhlükəsizliyini möhkəmlətmək üçün Azərbaycan türklərini sıxışdıraraq İrandan erməniləri gətirib bizim torpaqlarda məskunlaşdırdılar.-bu gələcəkdə onlara lazım olacaqdı. Onun üçün Sovet İttifaqı da 1920-ci il oktyabrın 1-də Nəriman Nərimanovun iştirakıyla qərar qəbul etdi:-"Zəngəzur Ermənistana verilsin”. SSRİ dağıldıqdan sonra o zamankı Rusiya hakimiyyəti Dağlıq Qarabağın və onun ətraf rayonlarının Ermənistanın əlinə keçməsini təmin etdi. Rusiyanın şovinist, afirist rəhbərləri elə bilirdilər biz bunu görmürük. Təsir göstərən erməni lobbisi və onların havadarları, daha kimlər Türkiyə ilə alaqələrimizi məhdudlaşdırmaqdan ötrü (İranın bu işdə iştirakı danılmazdır) bu addımı atmışlar. Eybi yox Zəngəzuru qaytarmağımızı buraxırıq zamanın öhtəsinə.

İkinci dünya müharibəsində Uyiston Çörçil İngiltərədə məşhur kəlamıyla xalqa müraciət edib:-Biz öz adımızı nəyin bahasına olursa olsun qoruyacağıq. Sahil boyu aerodromlarda, meydanlarda, küçələrdə, dağlarda döyüşəcəyik. Biz heç vaxt təslim olmayacağıq.

Nikol Paşinyan (Peşmanyan) görünür başını tamam itirib, o çaşqınlıq içindədir, nə edəcəyini bilmir. İsrailin baş naziri Nitanyanın və Türkiynin Cumhur başqanı Rəcəb Tayib Ərdoğanın şəkillərini cırdırmaqla ürəyini yumşaldır. Lakin müqavimət göstərməkdən də əl çəkmir. Dinc əhalimizi Gəncəni, Tərtəri, Füzulini, intensiv atəşə tutur, dinc əhali qırılır.

Azərbaucanın Xarici İşlər Naziri Ceyhu Bayramovun iştirakıyla Moskva görüşü barədə. Birincisi bu görüş formatı və xarakteri əvvəlki görüşlərdən fərqlidir. İkincisi ona görə bu lazımdır ki, qarşı tərəfin yalan və iftiralarını düşündüklərini onlara izah edəsən.- Sən busan, sən osan-nəhayət ki, ermənisən. Üçüncüsü atəşkəs barədə fikir söyləmək olar-əyər Ermənistan tərəfi özü buna əməl edəcəksə. Onu da deməliyəm ki Cənab İlham Əliyev Ermənistan tərəfinin danışıqlara necə əməl edəcəyini yaxşı bilir. Ümumilikdə götürəndə danışıqlar diplomatik dəstək yoludur əyər fayda verərsə.

Minski qrupunun üzvlərindən biri, Rusiyanın təşəbbüsüylə bu görüş baş tutmuşdur. Danışıqların nəticəsi olaraq ermənilərə "Humanitar koridor” verdik yaralılarını, meyidlərini daşısınlar. Onlar nə etdilər?- Onlar başladılar planlar qurmağa İraqdan, Suriyadan, İrandan sərnişin təyyarələrində silah daşımağa-hələ muzdluları demirik. İki dəqiqədən sonra gecə saatlarında hücuma başladılar. Bu gün də Gəncəni, Tərtəri, Mingəçeviri-dinc əhalinii qırmaqda davam edirlər. Cenevrə Konvensiyasının tələblərini pozurlar, bütün dünya ölkələri buna susur. Biz də müharibə edirik, lakin Cenevrə konvensiyasının tələblərinə riayət edirik-bu belədir. Görəsən onlar nə vaxta qədər kreditlə, sədəqəylə aldıqları silahlarla, hədiyələrlə, muzdlularla vuruşacağlar. Ermənistan dövləti (əyər dövlət demək mümkünsə) bu gün idarəolunmaz bir vəziyyətdədir. Belə götürəndə bu gün bizim inkişafımız, irəliləyişimiz bütün sahələrdə Moskvanı qane etmir. Regionda güc mərkəzi kimi Rusiya qalmaqdadır. Lakin bu gün Türkiyə 30 il bundan qabaqkı Türkiyə deyil. İndi 100 milyonluq güclü bir dövlətdir. Hərbi-texnoloji baxımdan dünyanın 5-ci güclü dövlətlərindən sayıla bilər. Saxta rəqəmlərlə dövlət quran Ermənistandan fərqli olaraq Rusiya başa düşür ki, Azərbaycan da 90-cı illərdəki Azərbaycan deyil. Əlbət ki, söz sahibi olmağın bünövrəsi döyüş meydanlarında qoyulur. Ermənistan Qarabağ savaşına özündən ötrü güclü hazırlaşmışdı, lakin müzəffər ordumuz onun bütün hazırdlıqlarını darmadağın etdi. Dərələri, qağları tunelləri əsgərlərinin cəsədləriylə doludur. Biz bilirik Nikol Paşinyan erməni əsgərlərinin və PKK, PYD, Livandan, ABŞdan, Fransadan, Rusiyadan və daha başqa yerlərdən gətirdiyi əsgərlərin və muzdluların kökünü kəsdirməsə Qarabağdan çıxan deyil. O, müharibə ritorikasından əl çəkmir. Müharibə istəyi onda güclüdür. Sən demə bu haramzada millətinin düşməniymiş.

Belə olduğu halda işğalçı düşmənə planlı şəkildə zərbələr endirilməlidir.

Tezliklə Kəlbəcər alınmalıdır ki, düşmənin yolları kəsilsin . Qubadlının alınması ordumuza ən vacib üstünlüklər verəcəkdir. Bunlardan birincisi bildiyim qədər Ermənistana gedən yola biz nəzarət edəcəyik. İkinci odur ki, Yazı Düzü deyilən yüksəkliyə(Bazarçay və Həkəri çayı arsında yerləşir) qalxmaqla hansı ki, yuxarısı dağlar-təpələrdi üst tərəfi əkin sahələridir. Ermənistana gedən yol oradan keçir. Biz o yüksəkliyə yiyələnəndən sonra Laçının bəzi yerləri Bərgüşad,(Bazarçay çaylarının sahilləri, ora yaxın kəndlər qalır yüksəkliydə olan hərbçilərin nəzarətində. Digər baxımdan Yazı Düzü yüksəkliyi bizdə olarsa Laçın koridorunu götürmək üçün vacibdir. Belə olan halda Gorus, Laçın, və Dağlıq Qarabağ, Şuşa, Xankəndi yollarının lap yanında olursan. Ordumuzun döyüşdə üstünlük qazanması, düşmənin minlərlə canlı qüvvəsini məhv etməsi, yüzlərlə hərbi texnikasının sıradan çıxarması bu dövlətdə daxili siyasi vəziyyəti gərginləşdirib. Get-gedə bu ölkədə böhran dərinləşir, xalq ayağa qalxır. Belə ki, bir neçə gün öncə Ermənistan Prezidenti Armen Sarkisyan təhlükəsizlik xidmətinin direktoru Argisti Karamyanı vəzifədən azad etdi. Onun yerinə müavini polkovnik Mikel Ambarsumyanı qoydu. Hökumətdə satqınçılıq baş alıb gedir, bir neçə mülki vətəndaş həbs olunub.

Fikrimcən Qafqazda istər qonşuluq münasibətlərini, dövlətçilik ,baxımından olsun bütün bunları gərginləşdirən, pozan Ermənistandır. Bu xalqın, dövlətin cinayətlərini saymaqla bitən deyil. Düşüncəmə görə ermənilər heç vaxt dövlət qura bilməzlər. Bunların çiyinlərində o qədər tarixi yalanlar, böhtanlar var ki...Ümumiyyətlə istər dövlət olsun, istər hər hansı bir fərd olsun cinayət törədibsə cəzasını almayanda ədalət də, hüquqda öz qüvvəsini itirir, ayaqlar altına düşür. Fransızların biə sözü var-Müharibədə müharibə olduğu kimi davranmaq lazımdır.

Belə gedə bilməz. Artıq Ermənistanı düzgün istiqamətləndirməyin vaxtıdır. Bu millət, dövlətini tarixi mif və əfsanələr üzərində -qurub desək yanılmarıq. İşğal olunan torpaqlarımız təxmini 17min kv-kilometrdir. Bu müqayisəolunmaz bir rəqəmdir. Belə ki, rəsmi Bakı ortaya maksimalist mövqey qoymalıdır:-Qarabağ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən olmalıdır. Cənab Prezident İlham Əliyev demiş: ”-Biz heç bir referenduma gedə bilmərik” o heç bizə əsla lazım deyil, gələcəkdə yenə bizə problem yaradacaq. Onlar bizim şərtimizi qəbul etməlidirlər, yəni bizim qrafiklə razılaşmalıdırlar. Qeyri-şərtsiz Azərbaycanın tarixi bölgəsi olan Qarabağdan çıxmalıdırlar. Yaxşı bilirlər onların bütün müdafiyə sistemi artıq dağılıb. 200-ən artıq tanklarını məhv etmişik, 40 yaxın tankını işlək vəziyyətdə götürmüşük, ardı daha çoxdur, məlumdur. Əsrlərinin, ölənlərinin bəlkə də onlar sayını bilmir. Paşinyan hələ bilmir ki, onu dar ağacı gözləyir. Hər xalq öz rəhbərinə, hər rəhbər öz xalqına layiqdir. Ermənilər bu işdə sox səhvə yol veriblər, onlar qarşı tərəflə yəni bizimlə hesablaşmalıdırlar, başqa cür mümkün deyil. Yoxsa həll yolu yenə də müharibədir. Müharibəni biz istəmirdik bizə müharibəni özləri-ermənilər sırıdılar. Belə olduğu halda düşünən beyinləri varsa düşünsünlər.

Biz tariximizin ən şərəfli günlərini yaşayırıq. Biz final mərhələsinə heç vaxt bu qədər yaxın olmamışdıq. Nizami ordumuz düşmənə göz açmağa aman vermir. Dünya onu da görür ki, biz bütövlükdə şəhid olmağa hazırıq lakin Qarabağı verməyəcəyik.

Belə götürəndə Minsk qurupunun turistləri(adlarına belə deyərdim) bizə lazım deyil. Onlar E. Makron başda olmaqla özlərini ifşa ediblər. Onlar Ermənistanın dostluq qrupunun üzvləridir. Bütün görüşlərində haranınsa baza prinsiplərini axtararaq özlərinə lazım olan qaydanı bizə tətbiq etmək istəyirlər- bu nə deməkdir? Elə bilirəm Minsk qrupu Rusiya və Türkiyədən ibarət olarsa bu münasibdir. Türkiyəsiz bütün danışıqlardan imtina edilməlidir. Ona görə istər Rusiya, istər Türkiyə Azərbaycanın və Ermənistanın coğrafiyasıyla, məkanıyla, sərhədləriylə yaxın və uyğundurlar. Hərçənd ki, oktyabrın 9-da baş tutan Moskva razılaşması Azərbaycanın maraqlarına bir tərəfdən ziddir. Bu razılaşma Azərbaycan Ordusunun döyüş əzmini qırmaq, halal qələbəsinin qarşısını almaq, məğlubiyyəti yaxın vaxtda gözlənilən Paşinyan rejimini xilas etmək üçün Vladimir Putinin ortaya atdığı bir oyundur. Özü demiş "Böyük siyasətdə dost olmur”. Qarabağ savaşı dostumuzla düşmənimizi bizə yaxşı tanıtdı. Bəli- Rusiya bizim dostumuz deyil, qonşu ölkələrdən biridir. Atəşkəs düşmənə nəfəs vermək deməkdir. Müharibə bitməmiş əsirlərin dəyişdirilməsi düzgün deyil. Kreml çalışır ki, illərdi necə olursa olsun öz qoşunun "sülhməramlı qoşun” adıyla Qarabağa yeritsin-buna qətiyyən razı olmaq olmaz. Əyər elə olarsa nə üçün Türk ordusu kənarda qalmalıdır. Rusiya kimə nəyi qandırır?!

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev öz adını tarixə yazdı. Sual oluna bilər necə? İlham Əliyev 200-yüz ilin müharibəsini aparır. Bu xoşbaxtlıq hər prezidentə nəsib olmayıb. Və o, tarix yazmağı bacardı. Dünyann gözü qarşısında çox riskli addım atdı. Atası Heydər Əliyevin yaratdığı, özünün möhkəmləndirdiyi Azərbaycan Ordusuyla torpaqlarımızın bir hissəsin erməni faşizmindən, işğalından azad etdi. "Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti, deyirlər olacaq. Olmayacaq. Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu. Biz dağıtmışıq, biz etmişik. İradə göstərmişik, güc göstərmişik. Xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq”.

Erməni xalqında təfəkkür, uzaqgörənlik anlayışı yoxdur. Bütün tarix kitablarından oxumuşuq onlar qətillər, terrorlar törətməkdə, sərnişin metro qatarlarını, stasiyalarını partlatmaqda, çox mahirdirlər. Nikol Paşinyan (Peşmanyan) nə qədər hakimiyyətdə qalsa bizə xeyirdir-belə demək mümkünsə ona görə o, başqalarının-Sorusun məhsuludur, onların yalıyla qudurub, qudurmuş iti də nə edirlər-öldürürlər. Artıq bütün dünya onları tanımağa başlayıb, onların göz yaşlarını, yalanlarını qəbul etmirlər. Bizə elə gəlir ki, Paşinyanı da Dəmirçiyanın aqibəti gözləyir. Bir tərəfdən ona təşəkkür düşür ona görə ki, 8-10 min arası bizə leş verdi, əsgərini-döyüş meydanlarında qırdırdı, 200-dən artıq tankını, 40-a yaxın tankını işlək vəziyyətdə götürdük hələ yenə götürəcəyik, topunu qoydu qaçdı.

Cənab Prezident ermənilərə sonuncu şansı verdi, onlar bundan faydalana bilmədilər. Bəli- Dünya gücləri Azərbaycanın haqq işiylə bağlı fikir və mülahizələrini paylaşdılar. Türkiyənin müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirlərinin onlayn formatında keçirilən iclasında iştirak eib. Nazir verdiyi açıqlamasında deyib: ”Sülh və sabitliyin təmin olunması üçün nələrin edilmə olduğuna dair fikirlərimizi ifadə etmək fürsəti tapdıq. Bizim söylədiyimiz əsas mövzu –Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının əsas şərtinin Ermənisraın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və bu ərazini dərhal tərk etməsidir. Bu məqamı da danışıqlar vaxtı dilə gətirdik”-deyə Hulusi Akar bildirib. Daha sonra bildirib ki,”Haqlı mübarizəsində Azərbaycanın yanındayıq”.

Ermənistanın Baş Naziri Nikol Paşinyanın xaç qardaşlarından İrəvan konyakını baş düşgünü Rusiyalı deputat Konstantin Zatulin kimi şıziklər hələ fərqində deyillər ki, müharibə işğalçı Ermənistan ordusuna qarşı Azərbaycan torpaqlarında gedir. Cənab Prezidentimiz İlham Əliyev demiş: -erməni əsgərinin bizim torpaqlarımızda nə işi var?-kəlməsini dillərinə belə gətirmək istəmirlər. Günahımız nədir?!

Rusiyanın tanınmış jurnalistlərindən içtimai xadimlərindən biri, məşhur "Nezavisimaya Qəzeti”nin sahibi və baş redaktoru Konstantin Remçukov hazırda davam edən Azərbaycanın haqq işiylə bağlı fikirlərini bölüşüb. Baş redaktor Azərbaycan prezidenti İlham Əliyevin son müşahidələrini əsas gətirərək qeyd edib ki, bu münaqişədə Azərbaycanın mövqeyi daha aydın və başa düşüləndir. "Son həftə ərzində mən gördüm ki, Azərbaycanın bu münaqişədə hədəfləri daha aydındır.Əvvəlki həftələrdə mənə elə gəlirdi ki, bu iki ölkə arasındakı periodik olaraq Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə xüsusiylə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, həmin ərazilər 30 il qanunsuz olaraq işğal altında saxlanılıb”.

Daha sonra Konstantin Remçukov Türkiyənin münaqişədəki roluna tixunub. Qeyd edib ki, Ermənistan Türkiyənin Avropa Birliyi ölkələri, Yunanıstanla konfliktləri, eləcə də yaxın Şərqdə apardığı siyasətə görə tənqid olunmasından istifadə edərək, dəstək qazanmaq istəyir. O da Türkiyənin Azərbaycana hərbi dəstəyi və muzdlular göndərilməsinə dair yalanların Ermənistan tərəfindən məhz bu məqsədlə yaydığını, düşündüyünü bildirir.

"Azərbaycan hərbi qələbəyə yaxındır. Mümkündür ki, artıq bir neçə saatdan sonra Azərbaycan Ordusu Ermənistanla Dağlıq Qarabağı əlaqələndirən Cənub Laçın dəhlizini atəşdə saxlayan mövqeləri tutacaq. Şimal dəhlizi artıq bir həftə bundan qabaq bloklanıb. Orada hər şey atəş altındadır”. Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru Sergey Markov bildirib. Onun sözlərinə görə Azərbaycan Ordusu hazırda həm də havadan da tam dominantlıq edir.

Çox fərqli tıhlillərdir. Nikol Paşinyanın xaç qardaşlarının fərqli fikirləri məhz belədir.

Azərbaycan bu illər ərzində 20mindən artıq şəhid, 10minlərlə insanlarımız yaralanmış əlil olmuşdur. İqtisadiyatımıza milyardlarla ziyan dəymişdir. Azad olunan rayonlarımıza baxanda görünür bütün rayon mərkəzləri, şəhərlər, kəndlər yerlə -yeksan olub, əclaflar viran etnışlər, daşı daş üstə qoymamışlar. Bu dəhşətdir, adı bilinməyən cinayətdir, vandalizmdir. Ermənistan bu cinayətə görə , bizə vurduğu ziyana görə ağır təzminat ödəməlidirlər. Necə ki, İkinci Dünya Mühaaribəsində Faşist Almaniyası bəşəriyyətə vurduğu ziyana görə təzminat ödəməyə məcbur edildi, Ermənistan da elə məcbur edilməlidir ödəsinlər. Bu dövlət Dünyəvi qanunlarla yaşaya bilmir. Beynəlxalq qanunları tanımaq istəmir. Dünyanın hansı ölkəsində bu etnosdan varsa bunlar terror, təxribaat rörətməklə məşğuldurlar. Ermənistan neçə yüz illərdi bir millət-iki dövləti özlərinə düşmən bilirlər, biz də eyni mövqedə olmalıyıq. Türkün türkdən başqa dostu yoxdur!

Biz böyük millətin törəmələriyik. Bir gün Atatürkdən soruşurlar:-Ən zor olan iş nədir? O, deyir ki, Türkü hərəkətə gətirməkdir. –Daha zor olan iş nədir? O demişdir:- Türkü dayandırmaq...

Mən zamanında qələmi silahla əvəz edib döyüşə yollandım, birinci Qarabağ müharibəsinin iştirakçısı oldum. Hazırda təqaüddəyəm. Bu gün də lazım olaramsa çəkinmədən, qorxmadan Vətən yolunda canımı fəda etməyə hazıram. Nekrasovun bir sözü var:- "Sən şair olmaya bilərsən, sən vətəndaş olmalısan”. Məqamında demək istəyirəm:

Dağlar yenə güllənəcək,

Çaylar yenə sellənəcək,

Ölsəm ruhum dillənəcək,

Vətən sənin əsgərinəm,

Vətən sənin əsgərinəm!

Xalq Sizə güvənir, Sizə arxalanır Cənab Prezident! Sizin istəyinizlə, xalqın istəyi üst-üstə düşür, şanlı tariximizi birlikdə yazırıq. Bu ruh yüksəkliyimizin qarşısında heç kim dayana bilməz. Siz tarixi iş gördünüz, düşmənin yuvalarını darmadağın edirsiz. Bəli-" Qarabağ Azərbaycandır!” Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev!

Maşallah Məftun,

hərbi ekspert


1129 oxunub

InvestAZ