XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Türkiyədə növbəti teraktın qarşısı alındı
DÜNYA 15:34 / 27.10.2020

Türkiyədə terrorla mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı İŞİD terror təşkilatının 7 üzvü saxlanılıb.

Bu barədə məlumatı "TRT Haber” yayıb. Məlumata görə, Ankara Prokurorluğunun qərarı ilə başladılan iki ayrı əməliyyatda ələ keçirilən terrorçular 29 Oktyabr - Respublika günü və 10 noyabr - Atatürkü anma tədbirləri zamanı terakt planlaşdırırmış.

Ələ keçirilən terrorçuların evindən isə təşkilata məxsus bir çox sənədlər və rəqəmsal material ələ keçirilib.

Qeyd edək ki, ötən gün Hatay vilayətində terakt törədilib.


735 oxunub

InvestAZ