XƏBƏR LENTİ
27 Noyabr 2020



Əliyev hamını fakt qarşısında qoyacaq – Mixeyev
Gündəm 13:45 / 27.10.2020

Heç kim Türkiyəyə və ya Azərbaycana heç nə deyə bilməz və ya edə bilməz. Bütün bunları başa düşdüyü üçün bu gün Türkiyə Prezidenti Ərdoğan çox inamla danışır.

Bu barədə tanınmış rusiyalı politoloq, Həqiqət Naminə Partiyasının Siyasi Şurasının üzvüSergey Mixeyev"Rossiya 1” telekanalının canlı efirində bildirib.

"Ərdoğan Azərbaycanı tam dəstəkləyir və əgər Prezident İlham Əliyev Qarabağda öz işlərini qələbə ilə başa vurarsa, Ermənistanın növbəti prezidenti, kimliyindən asılı olmayaraq, status-kvonu qəbul etməyə borcludur. O, "yaxasını qurtara” bilməyəcək! Heç kəs nə Ərdoğana, nə də Azərbaycana heç nə edə bilməz!” - deyə o bildirib.

Politoloqun sözlərinə görə, məhz bu səbəbdən rəsmi Bakı sona qədər getmək niyyətindədir:

"Əliyev başa düşür ki, indi hamını fakt qarşısında qoymaq lazımdır”.


795 oxunub

InvestAZ