XƏBƏR LENTİ
27 Noyabr 2020



Ermənistan KTMT-də “Troya atı” rolunu oynayır - Türkiyə hökuməti
Gündəm 17:06 / 27.10.2020

Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kənarlaşdırmaq lazımdır, çünki onun fəaliyyəti ilk növbədə təşkilat üçün təhdid yaradır.

Bu barədə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın fəaliyyəti KTMT-nin Nizamnaməsinə ziddir. Nizamnamənin 3-cü maddəsində qeyd olunur ki, bu təşkilatın məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsidir:

"Ermənistanın bütün addımları isə regionda destabilizasiyaya yönəlib və dünya ictimaiyyəti bunu çox gözəl bilir”.

Bundan başqa, qeyd olunub ki, Nizamnamənin 8-ci bəndinə uyğun olaraq üzv dövlətlər digər üzvlərin təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü və suverenliyinə təhdid yaradan böhran vəziyyətlərə reaksiya vermək məqsədilə Təşkilat çərçivəsində tədbirlər görür:

"Amma hərbi əməliyyatlar sırf Azərbaycan ərazisində aparıldığı üçün Ermənistan KTMT-yə müraciət etmək hüququna malik deyil”.

Türkiyə hökumətində istisna etməyiblər ki, Ermənistan KTMT daxilində "Troya atı” rolunu oynayır və bu cür vacib strukturda Qərbin maraqlarını icra edir.


922 oxunub

InvestAZ