XƏBƏR LENTİ
06 Dekabr 2020
05 Dekabr 2020
04 Dekabr 2020



Putin Qarabağ məsələsində Ərdoğana güvənir - KRİTİK AÇIQLAMA
SİYASƏT 10:14 / 27.10.2020
Rusiya ilə Türkiyə arasındakı Qarabağ dialoqu bölgədəki vəziyyəti sabitləşdirməyin açarıdır.

Yenisəs.az  Publika.az -a istinadən xəbər verir ki, bunu Rusiyanın "Voyenno-promışlennıy kuryer” analitik qəzetinin yazarı Oleq Faliçev deyib.

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə ilə münasibətləri mövzusuna toxunan yazar bildirib ki, iki ölkə arasında etibarlı tərəfdaşlıq mövcuddur: "Putin Dağlıq Qarabağ mövzusunda Türkiyə ilə münasibətlərini dəyərləndirərkən doğru və balansı mövqe sərgiləyir. Nə sərt açıqlamalar verir, nə də sərt addımlar atır. Türkiyə S-400 verdiyimiz yeganə NATO ölkəsidir. Bu, yaxın qonşu və partnyorumuza hiss etdiyimiz etibarın göstəricisidir. Rusiya Dağlıq Qarabağ mövzusunda da Türkiyəyə etibar edir”.

Qeyd edək ki, Vladimir Putin başda Dağlıq Qarabağ olmaqla, regional məsələlər və hərbi-texniki əməkdaşlıq kontekstində Türkiyə ilə dialoqu "müstəqil Türkiyə ilə iş görmək keyfli və etibarlıdır” sözləri ilə şərh etmişdi.


901 oxunub

InvestAZ