XƏBƏR LENTİ
06 Dekabr 2020
05 Dekabr 2020
04 Dekabr 2020



Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər - VİDEO
Gündəm 10:10 / 27.10.2020

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.

Trend-in məlumatına görə, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.

Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:

"Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də bir biri vilayətlərdən (çəkərək göstərir). Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə (söyüş söyür) deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə. Hələ baxın (yeri çəkir).

Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçilərini bu cür acınacaqlı duruma düşüblər.


506 oxunub

InvestAZ