XƏBƏR LENTİ
06 Dekabr 2020
05 Dekabr 2020
04 Dekabr 2020



"Dqr"-ın "müdafiə naziri" ağır yaralandı
Gündəm 10:04 / 27.10.2020

Qondarma "dqr"in "müdafiə naziri" kimi təqdim edilən terrorçu Cəlal Arutyunyan yaralanıb.

Yenisəs.az  xəbər verir ki, bu barədə qondarma "dqr”in terrorçu rəhbəri Araik Arutyunyan məlumat yayıb.

O bildirib ki, ağır yaralanması səbəbindən "general” vəzifəsindən kənarlaşdırılıb. Hazırda Azərbaycan ərazisindəki silahlı separatçı-terrorçulara "general-mayor” Mikael Arzumanyan rəhbərlik edir.

Araik Arutyunyan ona artıq "general-leytenant" rütbəsi verdiyini də açıqlayıb.

Qeyd edək ki, ötən gün C.Arutyunyanın öldüyü haqda məlumat yayılmışdı.


725 oxunub

InvestAZ