XƏBƏR LENTİ
27 Noyabr 2020



Düşmən kvadrokopteri məhv edildi
Gündəm 18:05 / 26.10.2020

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyindən Yenisəs.az-a verilən məlumata görə, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.


1153 oxunub

InvestAZ