XƏBƏR LENTİ
27 Noyabr 2020
26 Noyabr 2020



İstifadə etsə, “valyutası” da kəllə-mayallaq gedəcək”
Gündəm 15:34 / 26.10.2020
"Hardandır Ermənistanda bu pul? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər də hardan gəlib?”

Yenisəs.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib. 

Dövlət başçısı bildirib ki, Ermənistan yeni hərbi texnikalar əldə etməkdə davam edir:

"Bu haqda sualı bir daha verirəm və cavab gələnə kimi verəcəyəm. Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var, Azərbaycan xalqı bilir, dünya bilir. Öz pulumuzla alırıq, heç kimdən də asılı deyilik. Borc içində olan, müflisləşən ölkə hardan alıb? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta rezervləri isə 1,5 milyard dollar. Özü də bu sərbəst vəsait deyil, bank rezervləridir. Onlardan istifadə edə bilməz, istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcək. Kim verib sənə bu qədər silah? Niyə soruşan yoxdur?”


938 oxunub

InvestAZ