XƏBƏR LENTİ
25 Noyabr 2020
24 Noyabr 2020



"Əl-Qaidə”nin ikinci adamı məhv edildi
DÜNYA 11:42 / 25.10.2020
Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi bu gün "Əl-Qaidə” terror təşkilatının nüfuzlu nümayəndəsi Əbu Möhsün Əl-Məsrinin məhv edildiyini elan edib.

Yenisəs.az "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, təşkilatın Hindistan-Pakistan bölgəsində, eləcə də Əfqanıstanda ikinci şəxsi hesab edilən Əl-Məsri Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni əyalətində zərərsizləşdirilib.

Milli Təhlükəsizlik İdarəsi əməliyyatla bağlı hər hansı bir detalı açıqlamayıb.

Qeyd edək ki, Əl-Məsrinin adı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünyanın ən çox axtarılan terrorçuları siyahısında olub. Xarici terror təşkilatına üzv olmaq və ABŞ vətəndaşlarına sui-qəsd hazırlamaq ittihamı irəli sürüldükdən sonra 2018-ci ilin dekabrında ABŞ-da haqqında həbs qərarı çıxarılıb.



764 oxunub

InvestAZ