XƏBƏR LENTİ
25 Noyabr 2020
24 Noyabr 2020



İlham Əliyev:- Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur
MƏMLƏKƏT 11:21 / 25.10.2020
"Biz  atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər nazirimiz, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirdi və 30-dan çoxunu yaraladılar. Sonra Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi.

Yenisəs xəbər verir ki,  bu fikirləri  Prezident İlham Əliyev ABŞ-ın "Fox News” telekanalına müsahibəsində atəşkəsin pozulmasına aydınlıq gətirərkən bildirib.

"Biz, sadəcə, cavab verdik. Çünki biz atəşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Atəşkəsin şərtlərindən danışan Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir.


908 oxunub

InvestAZ