XƏBƏR LENTİ
25 Noyabr 2020
24 Noyabr 2020



“ ABŞ-da mühüm vəzifələri ata-oğul tutmuşdu”
SİYASƏT 11:12 / 25.10.2020

"Korrupsiya var və biz buna qarşı mübarizə aparırıq”. 

Yenisəs.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News” televiziya kanalına müsahibəsində deyib. 

Dövlət başçısı bildirib ki, hökumət geniş iqtisadi islahatlar proqramı təqdim edib: 

Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

- Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər.

- Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.

- Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.

- Bilirəm. Mən hazırlıqlı adamam.


769 oxunub

InvestAZ