XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Ankaradan kritik Qarabağ açıqlamas
DÜNYA 10:44 / 25.10.2020
"Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf Ermənistandır”.

Yenisəs.az Teleqraf.com-a  istinadən  xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş deyib.

AKP yetkilisi dünya birliyindən işğala məruz qalmış Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləndiyini söyləyib:

"Ermənistana hansı ölkələrin silah və maddi-texniki dəstək verdiyini bilirik. Qarabağ məsələsində işğalçı tərəf Ermənistandır. Ermənistan insanlığa qarşı cinayətin icraçısıdır.

Hər kəsi vicdanlı olmağa dəvət edirik. Azərbaycan 33 il ərzində Ermənistan ərazilərini işğalda saxlasa, Azərbaycan Ermənistana hücum etsəydi və bu hücumlarda körpələri öldürsəydi, inanın ki, bütün dünya Azərbaycanın üstünə düşəcəkdi. Bunu Fransa, ABŞ üçün deyə bilərik. Ermənistandan daha güclü bir erməni lobbisi də var. Erməni lobbisi, xüsusən seçki vaxtlarında, ABŞ siyasətində çətinlik çəkdikləri zaman vaxt yapışmağa başlayan lobbilərdən biridir”.


1259 oxunub

InvestAZ