XƏBƏR LENTİ
25 Noyabr 2020
24 Noyabr 2020



"General Həzi Aslanov" gəmisində güclü partlayış
DÜNYA 10:14 / 25.10.2020

Rusiyanın neft daşıyan tankerində partlayış baş verib.

Yenisəs.az  Publika.az -a  istinadən xəbər verir ki, Rusiyanın Azov dənizində üzən "General Həzi Aslanov” neft tankerində iki partlayış baş verib. Gəmidən 13 heyət üzvündən 10 nəfər xilas edilib, 3 nəfərin axtarışları aparılır.
Tanker Rusiyanın Rostov vilayətinin "Qafqaz” limanından yola düşüb. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb.

Gəminin batmaq üzrə olduğu bildirilib.

Qeyd edək ki, ilk olaraq gəminin Palmali şirkətinə məxsus olması bildirilsə də, sonradan bu informasiya təkzib edilib.


1105 oxunub

InvestAZ