XƏBƏR LENTİ
25 Noyabr 2020
24 Noyabr 2020



Ermənilər PKK taktikasından istifadə edir
SİYASƏT 10:05 / 25.10.2020
PKK terrorçuları Azərbaycan Ordusuna qarşı ön cəbhədə vuruşur.

Yenisəs.a  Publika.az-a istinadən  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "A Haber” telekanalına müsahibəsində deyib.

PA rəsmisi bildirib ki, Ermənistan avqust ayının sonunda PKK terrorçuları ilə təmasda olub:

"Hazırda Ermənistan PKK taktikasından istifadə edir. PKK-çı terrorçular Ermənistan ordusuna qatılıb Azərbaycana qarşı vuruşur. Əsasən terrorçuları ön cəbhəyə göndərirlər. Bundan başqa, Ermənistana uçan sərnişin təyyarələrinin içində silah-sursatlar daşınır”.

H.Hacıyev Azərbaycanın hər zaman danışıqlara açıq olduğunu bildirib:

"ABŞ-da keçirilən danışıqlar münaqişənin həlli istiqamətində böyük əhəmiyyətə malikdir. Problem kökündən həll edilməlidir”.


935 oxunub

InvestAZ