XƏBƏR LENTİ
01 Dekabr 2020
30 Noyabr 2020
28 Noyabr 2020



“Azərbaycandan çox geri qalmışıq” - Düşməndən daha bir etiraf
DÜNYA 14:04 / 24.10.2020

Bir neçə gün əvvəl Azərbaycan ordusunufövqəldövlətlərləmüqayisə edən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan ölkəsinin məğlub durumda olduğunu növbəti dəfə etiraf edib.

"Qafqazinfo" xəbər verir ki, o, "Sputnik Ermənistan"a müsahibəsindəordularında mövcud olan bütün çatışmazlıqların uzun illər davam edən proseslərin nəticəsi olduğunu qeyd edib:

"Nəzərə alınmalıdır ki, Ermənistanda heç vaxt döyüş təyyarələri olmayıb. Pilotları texnologiyaya yiyələnməsi, silahlardan istifadə edə bilməsi üçün vaxt lazımdır. Bunun üçün ən azı bir və ya iki il lazımdır".

Ovannisyan Qarabağdakı mövcud müharibənin əvvəlkilərdən çox fərqli olduğunu qeyd edib:"Ritm, döyüş əməliyyatlarının dinamikası, istifadə olunan silah növləri dəyişib".

Ermənistan ordusunun Qarabağdakı hərbi əməliyyatlara nə qədər hazır olduğu barədə sualı cavablandıran Ovannisyan Ermənistanın hərbi sahədə hər mənada Azərbaycandan geri qaldığını etiraf edib.

"Anlamaq lazımdır ki, bütün bu illər ərzində hərbi xərclər baxımından Azərbaycandan çox geri qalmışıq. Onlar daha çox xərcləyiblər, biz daha az xərcləmişik. Beləliklə, bugünkü bütün problemlər uzun illər davam edən proseslərin nəticəsidir".

Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz təyyarələri ilə mübarizəyə toxunan Ovannisyan, dünyada hələ ki, heç bir ordunun pilotsuz təyyarə hücumlarını tamamilə təsirsiz hala gətirə bilmədiyini deyib. Kiçik ölçülü və çox sayda PUA-ları məhv etmək asan bir iş deyil. Hərbi obyektləri qorumaq üçün onlarla növ HHM və elektron müharibə sistemindən istifadə edən inkişaf etmiş Silahlı Qüvvələrə sahib olan dövlətlər belə bunların öhdəsindən tam gələ bilmirlər",-deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.



1279 oxunub

InvestAZ