XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Nazir həmsədrlərlə görüşdü
SİYASƏT 07:52 / 24.10.2020

Vaşinqtona səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.

XİN-dən Yenisəs.az- a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfi iki dəfə humanitar atəşkəsi pozub, Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutur və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyur.

Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.

Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.


639 oxunub

InvestAZ