XƏBƏR LENTİ
06 Dekabr 2020
05 Dekabr 2020
04 Dekabr 2020



Arutyunyan Putinə yalvarır: Döyüşləri dayandırın
Gündəm 17:53 / 23.10.2020

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin "lideri” Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

Bu barədə A.Arutyunyanın Rusiya prezidentinə ünvanladığı məktubda deyilir.

Separatçı "lider" məktubda V.Putini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb:

"Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.


1559 oxunub

InvestAZ