XƏBƏR LENTİ
26 Noyabr 2020
25 Noyabr 2020
24 Noyabr 2020



İƏT Baş katibindən Azərbaycana dəstək
Gündəm 15:49 / 23.10.2020

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hadi Süleymanpur Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədova məktub ünvanlayıb.

Məktubda deyilir: "Bu yaxınlarda atəşkəs razılaşmasının pozulması və Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasının regional sülh və sabitliyə ciddi təhlükə törətməsi ilə əlaqədar dərin narahatlığımı bölüşmək istəyirəm. Həmçinin, Azərbaycan Respublikasının hökumətinə, azərbaycanlı bacı və qardaşlarımıza, xüsusən də öz vətənini və xalqını müdafiə yolunda həyatlarını qurban verən qəhrəman əsgərlərin şəhidliyi ilə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı ifadə edirəm. Eləcə də Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən Gəncə şəhərinin günahsız mülki əhalisinə qarşı son hücumlarla beynəlxalq humanitar hüququn pozulmasından dərin narahatlığımı bildirirəm.

Regional iqtisadi təşkilat olaraq və özünün Azərbaycan Respublikası kimi ən vacib üzvlərindən biri olan İƏT dayanıqlı social-iqtisadi hədəflərə çatmaq naminə regionda sülh və sabitliyin əhəmiyyətini tam dərk edir. Bu məqsədlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasdır və yüksək dəyərə malikdir.

Fürsətdən yararlanaraq, vəziyyətin deeskalasiyası üçün dərhal və davamlı atəşkəsin razılaşdırılması üçün beynəlxalq səylərə və münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə dəstəyimizi bir daha təkrarlayıram”.


931 oxunub

InvestAZ