XƏBƏR LENTİ
27 Noyabr 2020
26 Noyabr 2020
25 Noyabr 2020



Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək - Piter Teys
Gündəm 12:15 / 23.10.2020

Ermənistanın NATO-ya müraciəti Yerevanın diplomatik həmləsinin daha bir mənasız cəhdidir və bu, Ermənistana uzunmüddətli perspektivdə heç bir nəticə gətirməyəcək.

Bunu amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti geosiyasət anlayışını itirib:

"Bir müddət əvvəl "France 24” telekanalına müsahibəsində o, ölkəsinin Rusiya ilə strateji əməkdaşlığı barədə bəyan edib, eyni zamanda kömək üçün NATO-ya müraciət edir. Ermənistan prezidentinin bu addımları Ermənistanın özünütəcrid siyasətini aydın göstərir”.

Ekspert bildirib ki, Ermənistan rəhbərliyi bütün dünyaya həm KTMT-də, həm də NATO-da iştirak etdiklərini göstərmək istəyir, bu isə Yerevanın diplomatik həmləsinin daha bir mənasız cəhdidir:

"Ermənistanın əsas məqsədi Azərbaycan və onun xalqı haqqında dezinformasiya və böhtan yaymaqdır. Ermənistan Azərbaycanın suveren ərazilərində hərbi toqquşmalarda, Azərbaycan dinc sakinlərinə, o cümlədən qadın və uşaqlara hücumlarda KTMT-nin dəstəyinə malik deyil. NATO-nun isə Ermənistanın müdafiəsi üçün münaqişəyə müdaxilə etməyə heç bir hüquqi əsası yoxdur”.


1093 oxunub

InvestAZ