XƏBƏR LENTİ
27 Noyabr 2020



Azərbaycanda avtomobil istehsalı artıb
İqtisadiyyat 12:06 / 23.10.2020

2020-cilin yanvar-sentyabr aylarında 232,7 milyon manat məbləğində maşın vә avadanlıq, avtomobil, qoşqu vә yarımqoşqu istehsal edilib.

Yenises.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıq istehsalı 28,9 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 72,2 faiz artıb.

Qeyd olunur ki, bu ilin ilk doqquz ayı ərzində 1 382 minik maşını istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 306 ədəd çoxdur. Həmin dövrdə istehsal olunan traktorların sayı 220 ədəd təşkil edib.


1222 oxunub

InvestAZ