XƏBƏR LENTİ
27 Noyabr 2020
26 Noyabr 2020
25 Noyabr 2020



Türkiyə münaqişə bölgəsinə əlavə qoşun və silah göndərdi
DÜNYA 11:47 / 23.10.2020

Türkiyə münaqişələrin qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Suriyanın İdlib şəhərinə yeni qoşun göndərib.

Qoşunla birlikdə İdlibə 60 yüklü avtomobildən ibarət hərbi konvoy göndərilib.

Konvoyda zirehli döyüş maşınları, tank və sursat yer alıb.

Bundan başqa, bölgədə Türkiyə Silahlı Qüvvələrinin əlavə 2 müşahidə məntəqəsi qurulub. Beləliklə, müşahidə məntəqələrinin sayı 69-a çatıb. Bu məntəqələr arasında koordinasiyanı təmin etmək və rejimin hücumlarının qarşısını almaqda effektiv olmaq üçün yeni hərbi baza qurulması məqsədilə işlərə başlanıb.

Qeyd edək ki, Türkiyə ilə birgə Rusiyanın da hərbi qüvvələri bölgədə təhlükəsizliyin təmin olunmasında iştirak edir.


866 oxunub

InvestAZ