XƏBƏR LENTİ
27 Noyabr 2020
26 Noyabr 2020
25 Noyabr 2020



SƏFİR Ceyhun Bayramovun Moskva səfərindən danışdı
Gündəm 08:03 / 22.10.2020
"Ermənistan tərəfi yanaşmalarında destruktivlik nümayiş etdirdiyi müddətdə Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışmaq hələ tezdir”.

Yenisəs.az  "Qafqazinfo”ya istinadən  xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərinin nəticələrini TASS-a müsahibəsində şərh edərkən bildirib.

"Hörmətli prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, belə bir dəvət olmayıb. Məncə, bunun üçün hələ vəziyyət yetişməyib. Qarşı tərəf öz yanaşmalarında hələ də destruktiv mövqeyini nümayiş etdirdiyinə görə bu barədə danışmaq hələ tezdir”, - deyə Bülbüloğlu Bayramovun səfəri zamanı belə bir görüşün müzakirə edilib-edilmədiyi ilə bağlı suala cavab verərəkən bildirib.

"Əgər belə bir təşəbbüs göstərilsə, təbii ki, lazımi qaydada nəzərdən keçiriləcək, ictimaiyyətə məlumat veriləcək”, - deyə səfir qeyd edib.

O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq qalır və bunu Ceyhun Bayramov da təsdiq edib:

"Bu səfərin əsas məqsədi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağdakı hazırkı vəziyyət, Ermənistanı sülhə məcbur etməklə bağlı məsləhətləşmələr aparmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəl əldə edilmiş razılaşmaların icrası, dayanıqlı və tam nizamlanma üçün şərait yaradılması ilə bağlı məsələləri müzakirə etməkdir. Görüşdə Ceyhun Bayramov bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasına və 10 oktyabrda qəbul edilmiş bəyanata sadiqliyini təsdiqləyib”.


665 oxunub

InvestAZ