XƏBƏR LENTİ
27 Noyabr 2020
26 Noyabr 2020
25 Noyabr 2020



Bu ölkədə olan tək azərbaycanlı
DÜNYA 07:49 / 22.10.2020

Azərbaycandan çox-çox uzaqda - Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ikili münasibət göstərməsinə etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisəs.aza bildiriblər ki, o və ailə üzvləri əllərində Qarabağa aid "Azərbaycan önəmlidir!”, "Qarabağ Azərbaycandır!”, "Dünya niyə biganədir?!” plakatları tutaraq dünyanı Azərbaycana qarşı ədalətsizliyə son qoymağa çağıraraq, ölkəmizə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Təranə Qədirova 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.


726 oxunub

InvestAZ