XƏBƏR LENTİ
26 Noyabr 2020
25 Noyabr 2020
24 Noyabr 2020



DİN-dən xəbərdarlıq: Bunu edənlər cəzalanacaq!
Gündəm 16:57 / 21.10.2020

Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenisəs.az-a verilən məlumata görə, nazirlik əhaliyə xəbərdarlıq edib.

"Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin "102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir. Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək", - xəbərdarlıqda bildirilib.


994 oxunub

InvestAZ