XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Ermənistan niyə KTMT-yə müraciət etmir? – İrəvan açıqladı
DÜNYA 15:11 / 21.10.2020

Ermənistan XİN Azərbaycanın fəaliyyətini konkret olaraq Ermənistan respublikasına qarşı aqressiya kimi qiymətləndirmir.

Yenisəs.az  Axar.az -a  istinadən  xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan İrəvanın KTMT-yə müraciət etməməsinin səbəbi barədə mediaya açıqlamasında deyib.

"KTMT-yə müraciət üçün Ermənistan aqressiyanı təsdiqləməlidir. Hazırda bu barədə danışmaq tezdir. Əgər belə bir hal olarsa, biz qeydə alması üçün əvvəlcə BMT-yə müraciət edəcəyik, daha sonra isə KTMT-yə”, - Köçəryan bildirib.

Qeyd edək ki, Ermənistan öz ərazisindən ballistik raketlərlə Azərbaycanın şəhərlərini və mülki əhalini vurur. Bu vaxta qədər Ermənistanın bu faşist əməlləri və vandalizmi nəticəsində 70-ə yaxın mülki şəxs həlak olub.

Azərbaycan isə Ermənistan ərazisinə cavab zərbəsi endirməyib, əvəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşda Ermənistanın işğalçı ordusuna zərbələrini artırıb.


1030 oxunub

InvestAZ