XƏBƏR LENTİ
01 Dekabr 2020
30 Noyabr 2020
28 Noyabr 2020



Madər Musayev: “Türkiyə münaqişənin yarandığı ilk gündən Azərbaycanın haqq işinə dəstək verib və bu dəstək davam edir”
SİYASƏT 10:01 / 21.10.2020

"Türkiyə Böyük Millət Məclisinin sədriMustafa Şentopun ölkəmizə səfəri Türkiyə-Azərbaycan dostluğunun tərənnümüdür”. Bunu Milli Məclisin deputatı Madər Musayev TBMM sədri Mustafa Şentopun Azərbaycana səfərini dəyərləndirərkən deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın haqq işini dəstəkləyən və sona qədər bu yolda yanımızda olan ölkədir. Bu baxımdan başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu işdə bizə dəstək olan türk diplomatlarına, türk jurnalistlərə və ümumiyyətlə Türkiyə ictimayyətinə təşəkkür edirik.

M.Musayev qeyd edib ki, Mustafa Şentopun Milli Məclisin pleniar iclasında səsləndirdiyi fikirlər Türkiyə-Azərbaycan dostluğunda yeni mərhələnin başlandığına bir işarədir: "Cənab Prezident İlham Əliyevin dediyi kimi indi elə bir məqamdır ki, kimin-kim olduğu açıq aydın ortadadır. Türkiyə münaqişənin yarandığı ilk gündən Azərbaycanın haqq işinə dəstək verib. Ermənistanla sərhədlərini bağlayıb. Eyni zamanda Ərdoğan dəfələrlə beynəlxalq tribunalarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həll olunmasını dilə gətirib. Beynəlxalq ictimayyətdən bunu tələb edib. İndi də cəbhədə baş verən hadisələrin fonunda Türkiyə Azərbaycanın haqq işinin dəstəklənməsində əlindən gələni əsirgəmir. Mustafa Şəntop da Milli Məclisdə çıxışı zamanı bu məsələni xüsusi vurğuladı.Qeyd etdi ki, nə Azərbaycan 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə, nə də dünya 30 il öncəki dünyadır. Biz birlikdə səsimizin nə qədər gur olduğunu dünyaya bəyan edəcəyik. Biz hər zaman haqdan, həqiqətdən, sülhdən yanayıq. Biz Azərbaycanı dəstəkləyəcəyik. Biz zəfərə qədər Azərbaycan necə istəyirsə, o cür də Azərbaycanın yanında olacağıq. Üçrəngli bayraq Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!”.

Madər Musayev onu da qeyd edib ki, Azərbaycanın müzəffər ordusu ermənı dığalarına hər gün sarsıdıcı zərbələr endirir. Bu zərbələrin nəticəsində düşmən döyüş meydanından qaçır. İgid əsgərlərimiz onları iti qovan kimi qovur. Bu hələ son deyil. Zəngilanın işğaldan azad olunması xəbəri kimi digər şəhər və rayonlarımızın da düşmən tapdağından azad olunacağı gün uzaqda deyil.


1035 oxunub

InvestAZ