XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



“Biz haqq savaşı aparırıq” - ÖZƏL MÜNASİBƏT
Gündəm 11:16 / 21.10.2020

Azərbaycanın qələbələrinin fonunda Ermənistan tərəfi təxribata, terrora əl atır. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, sənaye şəhəri olan Mingəçevir, eləcə də Tərtər, Bərdə və digər yaşayış məntəqələri, dinc, mülki əhali işğalçılar tərəfindən atəşə tutulur. Bu, Nikol Paşinyanın və ümumilikdə Ermənistan hakimiyyətinin çarəsizliyinin, terrorçuluq siyasətinin təzahürüdür və görünür işğalçı ölkənin siyasi-hərbi hakimiyyəti başını itirib. Bununla bağlı SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, Azərbaycan xalqı sevinc içərisində olmağa, qələbələrə layiq xalqdır: "Tarix də sübut edir ki, Azərbaycan xalqı mərd, qonaqpərvər, dəyanətli, həm də birliyi sevən xalqdır. Bu xalq qonağına böyük hörmət göstərə bilər, amma qonaqdan namərdlik, naqislik görəndə amansız olur. Bu gün nəinki Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları sevinir. Dinindən, milliyətoindən asılı olmayaraq Azərbaycanı tanıyan, burada qonaq olan, Azərbaycan xalqının humanistliyini, qonaqpərvərliyini görən hər bir insan sevinir. Biz haqq savaşı aparırıq, haqq uğrunda mübarizə aparırıq. 30 ilə yaxındır ki, bizim torpaqlarımız işğal altındadır, başımıza olmazın müsibətlər gətirilib, Xocalı kimi soyqırım törədilib. Bizim minlərlə vətəndaşlarımız qətlə yetirilib, on minlərlə yaralılarımız var, saysız-hesabsız kəndlərimiz, şəhərlərimiz təcavüzə məruz qoyulub, talan edilib. İşğaldan azad edilən yerlərə baxanda görürük ki, necə talan edilib və bir dənə sağ-salamat yer qoyulmayıb, daşı daş üstündə saxlamayıblar. Bu vəhşilik nümunəsidir və bu vandallıq, bu vəhşilik qandan gəlmədir, gendəndir. Ermənilər tarixən bu yolu tutublar və onlar bütün dövrlərdə başqalarının torpaqlarına göz dikiblər, başqa xalqlara, millətlərə qarşı sui-qəsdlər, terror törədiblər, bəzi məqamlarda onların nökəri olduqları halda əllərinə fürsət düşən kimi həmin xalqın, həmin torpağın əleyhinə gediblər və xəyanət yolu ilə orada məskunlaşıblar. Bu baxımdan erməni işğalçıları bu günlərdə gəncədə öz xislətini göstərir. Baxmayaraq ki, hələ ötən əsrin əvvəllərindən ermənilər ölkəmizin ən yaxşı yerlərində məskunlaşdırılıb, onlara yer verilib, onlara hər zaman əziz qonaq kimi baxılıb, süfrə başında otuzdurulub, amma tarix göstərir ki, onlar uzun müddət bizə düşmən mövqedə olublar. Azərbaycan xalqına bunlar hesaba gəlməyəcək dərəcədə xəyanətlər ediblər".

Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz öz haqqını tələb edir, ermənilərin təxribatlarına əks cavab verir və öz torpaqlarını azad edir: "Döyüşdə biz erməni döyüşçüsünə qarşı vuruşuruq, çünki müharibənin də öz qaydaları var. Müharibə zamanı mülki əhaliyə, mülki obyektlərə deyil, döyüş zonalarında hərbi obyektlərə zərbə vurulur. Ancaq fikir verin ki, Ermənistan tərəfndəni cəbhə xəttindən çox-çox uzaq olan Xızıya da raketlər atılır, Gəncə artilleriya atəşinə tutulur, Mingəçevir hədəfə alınır, hətta mənim təmsil olunduğum Ağcabədi rayonuna yüzlərlə mərmi atılıb. Bu vəhşilikdir, barbarlıqdır, bu, işğalçıların, terrorçuların Xocalıdakı simasının növbəti təzahürüdür.
Bəs indi bunun, bu hədsizliyin həmçinin günahı kimdədir? Sözsüz ki, onlarla yanaşı, həm də beynəlxalq təşkilatlarda, hansıki, bu münaqişənin həlli həvalə olunsa da, BMT qətnamələri olsa da bu vaxta qədər lazımi tədbirlər görməyiblər, işğalçıya sanksiyalar tətbiq etməyiblər. BMT-nin 4 qətnaməsi vaxtında icra olunsaydı bunlar olmazdı. Sonrakı dövrdə əgər ATƏT qətiyyətli olsaydı, ATƏT-in Minsk Qrupu öz sözünü desəydi, təcavüzkarı təcavüzkar kimi adlandırsaydı, indiki bu vəziyyət yaranmazdı. Bu qurumların münaqişəyə müşahidəçi mövqe sərgiləməsi sayəsində ermənilər harınlaşdılar və o qədər harınlaşdılar ki, onlar Qarabağın ətrafında olan 7 rayonu işğal edəndən sonra təzə torpaqlar işğal etmək iddiasına düşdülər və bunu açıq-aşkar dedilər də.
Dözlətimiz beynəlxalq normaları, beynəlxalq təşkilatların qərar və qətnamələrini əldə rəhbər tutur. Nəyə görə? Çünki bu Azərbaycan xalqının mentalitetindən, tolerantlığından irəli gəlir ki, insanlar qırılmasın, dünya, ölkələr qana boyanmasın. Otuz il bunu Azərbaycan tərəfi gözlədi. Gözlədi ki, bu münaqişə sülh yolu ilə həll olunsun və hər dəfə də məsələ qaldırdı ki, təcavüzkar yerində oturdulsun. Amma, beynəlxalq təşkilatların ikili standartları, ədalətsiz yanaşması nəticəsində Paşinyan açıq-aydın şəkildə dedi ki, Qarabağ Ermənistandır və bütün danışqlara son qoydu.
Məsələnin sülh yolu, danışıqlar yolu ilə həllinə son qoyulduqdan sonra haqlı olaraq onun hərbi yolla həllinə başlanıldı və məğlubiyyətini görən Erməistan tərəfi beynəlxalq təşkilatlara yalvararaq atəşkəs yaradılmasını istəsə də, elə bu atəşkəsi də dərhal pozdu. Bunun nəticəsində nə qədər mülki əhali, dinc əhali arasında ölən, yaralanan oldu. İkinci dəfə də atəşkəsə çağırış ediləndən sonra da yenə bu atəşkəsi Ermənistan tərəfi pozdu. Nə qədər insan həyatına qəsd etdilər, nə qədər insanı evsiz-eşiksiz qoydular ki, bu da onların öz terrorçu xislətlərinə sadiq qaldıqlarını növbəti dəfə isbatladı”.

Ermənistan həm cəbhə xəttində, həm də diplomatik müstəvidə məğlubiyyətlərlə artıq üzləşib və bu işğalçı ölkənin məğlubiyyətinin səbəbi nədir, sualına da komitə sədri aydınlıq gətirib: "Artıq dünyada, dünya ölkələrində hadisələrə baxış dəyişib. Artıq bir çox diplomatlar da, dövlət xadimləri də, jurnalistlər də baş verənləri dərk etməyə başlayıb. Dərk edirlər ki, cinayətkara meydan açmaqla demokratik bir dünya yaratmaq, bəşəri dəyərlərə sahib olmaq, insanları yaşatmaq mümkün deyil. Dünya azad, firavan, xoşbəxt olmalıdır ki, bu da sülhpərvərliyin, insanpərvərliyin, humanizmin, beynəlxalq hüququn bərpası nəticəsində mümkündür.
Azərbaycan artıq qüdrətli bir dövlətə çevrilib. Çünki Azərbaycanın yeraltı, yerüstü sərvətləri var, iqtisadi gücü var, beynəlxalq lahiyələri, inkişaf strategiyası, dinamikası var və Azərbaycan digər tərəfdən də düzgün, düşünülmüş siyasət yürüdür və bu da nəticələrini verir. On il bundan əvvəl niyə bu müharibəni Cənab Prezident başlatmırdı? Çünki, vaxtı yetişməmişdi. Cənab Prezidentin dedyi kimi, nəyi, necə və nə vaxt edəcəyini yaxşı bilir. Cənab Prezident reallıqları düzgün qiymətləndirir və düzgün də nəticə çıxarır. Son dövrlərdə, on illər bundan əvvəlkindən fərqli olaraq beynəlxalq layihələr, müqavilələr, Azərbaycanda keçirilən mühüm beynəlxaq tədbirlər ki, var, bütün bunlar imkan, şərait yaratdı ki, Azərbaycan bu gün öz sözünü desin. Etiraf olunmağa başlanıldı ki, Azərbaycanın yolu haqq yoludur. Əsas odur ki, dövlət güclü olmalıdır və güclü dövlət diktə edir. Azərbaycan Prezidenti bu gün diktə edir. Necə ki, Ermənistan tərəfinin 7 şərtini zibil qutusuna atdı və dedi ki, indi mən diktə edirəm.

Etiraf edək ki, Ermənistan tərəfinin, işğalçıların məğlubiyyətə uğradılması, azərbaycanın qələbələri, şanlı ordumuzun uğurları, torpaqlarımızın bir-birinin ardınca işğaldan azad olunması, eyni zamanda beynəlxalq aləmdəki diplomatik qələbələrimiz şəxsən Ali Baş Komandan Cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasətinin məntiqi nəticəsidir və Cənab Prezidentin siyasi iradəsi ilə birbaşa əlaqədardır. Bu barədə də millət vəkili Tahir Rzayev öz açıqlamasında xüsusilə vurğuladı və ən həssas məqamlara toxundu:
"O xalq xoşbəxtdir ki, onun ağıllı, uzaqgörən rəhbəri var. Azərbaycan xalqının tarixində çox böyük görkəmli şəxsiyyətlər olub, ancaq onların bir çoxu dünya miqyasında tanınmayıb. Azərbaycanın Ulu Öndər kimi dünya miqyasında tanınan, fəxr elədiyi bir övladı, bir rəhbəri olub və bu gün Cənab ilham Əliyevin qələbəsinin, qətiyyətinin, hünərinin, siyasi iradəsinin bünövrəsində Ümummilli Lider Heydər Əliyev tərbiyəsi durur. O, Ulu Öndər Heydər Əliyevdən götürdüyü qətiyyəti, inamı bu gün həyata keçirir. Çünki, Ümummilli Lider demişdi ki, "Mən İlham Əliyevə özüm qədər inanıram və mənim etmədiklərimi, elə bilirəm ki, İlham Əliyev bundan sonra həyata keçirəcək”. Ulu Öndərin ən böyük, ən müqəddəs arzularından biri və birincisi o idi ki, Azərbaycan torpaqları işğaldan azad olunsun və bunun üçün də mübarizə apardı. Cənab Prezident qətiyyəti ilə, təmkini ilə, uzaqgörənliyi ilə, siyasi iraəsi ilə bu gün o məktəbin yetişdirməsi kimi Ulu Öndərin vəsiyyətlərini yerinə yetirir. Elə bilirəm ki, bizə məxsus olan o torpaqlar tezliklə azad olunacaq. Çünki, Ali Baş Komandan dediyinə əməl edən, öz sözünün üstündə duran bir liderdir, bir Prezidentdir. Azərbaycan Prezidenti öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazır”.


715 oxunub

InvestAZ