XƏBƏR LENTİ
01 Dekabr 2020
30 Noyabr 2020
28 Noyabr 2020



AĞDAM HAQQI, GƏLİRİK EYY! - Ramiz MƏMMƏDZADƏ yazır
Ədəbiyyat 10:41 / 21.10.2020

Agdam, mənim varlığımsan,

Həyatımın əzəlisən!

Sən bizim Xan Qarabağın

Sevgili ag gözəlisən!

Qucağında qatar - qatar

Gümüşpapaq ağ damların,

İstiqanlı, sədaqətli,

Səxavətli adamların...

Ədəbiylə, ədasıyla

Kişilərin xandı, bəydi.

Gözü çıxsın erməninin

Agdam, sənə gözü dəydi...

Sən necə də bəxtəvərdin,

Yox etmişdin qəmi, dərdi.

Torpağına düşən daşlar

Sünbül kimi göyərərdi...

Şahbulağın, Gülablının

Bizimlədir yarıcanı...

Sən - müqəddəs son beşiyi

Pənah xanın, Natəvanın...

Sənə dəyən güllələrdən

Sinəm güllə-güllədi, bax...

Məscidlərin nə gündədir,

Fəryadını görmür Allah?!

Ağdam, sənə salam olsun

Türkün böyük ellərindən!

Gözlə, gəlib öpəcəyəm

Güllə dəymiş əllərindən!

Bu döyüşlər - taleyimiz!

Cəngdə pələng balasıyıq!

Allah haqqı!

Agdam haqqı!

Agdam! Sənin

Qisasını alasıyıq!

Agdam!

Agdam!

Allah haqqı, Adın haqqı

Gəlirik eyy!!!

15 oktyabr 2020-ci il -

Şüvəlan.


GƏNCƏM MƏNİM,

CANIM MƏNİM!

Sənə qurban, Gəncəm mənim!

Sənə qıyan zəlil olsun!

Bu əntərlər, əcinnələr

kahaları qoy kül olsun!

Sən həmişə məğrur, dönməz,

Sən həmişə mehribansan.

Millətimin qeyrətindən

Güc almısan zaman-zaman!

Nizaminin, Cavad xanın,

Qədim yurdu, başın uca!

Haylar qaçar, igidlərin

üfüqlərdən boylanınca!

Cəngavərlər səltənəti

Eşqin - Vətən, Andın - Vətən!

Qarabağın haqq yolunda

Kişi kimi döyüşürsən!

Qurban sənə, Gəncəm mənim

Birdən göydən od ələndi...

Gecəyarı oğlun, qızın

Bombalandı, güllələndi...

Sən də eşit, əsgər balam

Qır bu şeytan sürüsünü!

Vur bu şeytan sürüsünü,

elə indi!

Vur, vurduğun adam deyil-

ermənidi - düşmənindi!

Gəncəm mənim -

Canım mənim!..

Şüvəlan, 18 oktyabr 2020-ci il -

Vətən müharibəsi günləri...


982 oxunub

InvestAZ