XƏBƏR LENTİ
01 Dekabr 2020
30 Noyabr 2020
28 Noyabr 2020



BNA -nın diqqətinə: Vətən müharibəsi aparan ölkənin büdcəsinə ziyan vurmaq cinayətdir!
MƏMLƏKƏT 10:38 / 21.10.2020

Replika

Dayanacaqlarda müşahidə edilən sərnişin sıxlığı ilə rastlaşanda istər-istəməz düşünürsən ki, bu mənzərə koronavirusun qarşını almaqdan daha çox onun yayılmasına şərait yaradır

Karantin rejiminin yenidən sərtləşdirilməsi ilə əlaqədar iki həftə ərzində Bakı metrosu sərnişindaşıma fəaliyyətini dayandırıb. Buna görə də iki-üç gündür ki, sərnişin avtobuslarında sıxlıq yaşanmaqdadır. Lakin Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbərliyi sanki insanların ictimai nəqliyyatdan istifadə zamanı böyük çətinliklərlə qarşılaşdığından heç xəbəri yoxdur. Son üç gündə axşam saatlarında metronun "28 May” stansiyasının qarşısında müşahidə edilən sərnişin sıxlığı ilə rastlaşanda istər-istəməz düşünürsən ki, bu mənzərə koronavirusun qarşını almaqdan daha çox onun yayılmasına şərait yaradır. Axı belə vəziyyətdə hansı sosial məsafədən söhbət gedə bilər? Bəlkə BNA "Biz birlikdə güclüyük!” şuarının mənasını 80-90 yelik "BakuBus" avtobuslarında 150-180 sərnişinin sıx şəkildə, necə deyərlər, qarın-qarına getməsi kimi başa düşür?! "BakuBus"ın müasir avtobuslarında şübhəli şəxslər və yə sahibsiz əşyalar görəndə aidiyyəti qurumlara dərhal məlumat vermək barədə elanlar səslənir. Komendant saatının yaxınlaşması ilə əlaqədar hamı evinə tələsir. Dayanacaqlarda nizamsızlıq yaranır. Belə bir vəziyyətdə bir-birinə, hətta sahibsiz əşyaya nəzarət etməyin nə qədər çətin olduğunu BNA-nın dayanacaqlardakı nümayəndələri görmürlərmi?

Müvafiq olaraq müxtəlif istiqamətlər üzrə metrostansiyalarının çıxışına doğru hərəkət edən ekspres marşrut avtobuslarında da vəziyyət çox acınacaqlıdır. Maraqlı cəhətlərdən biri də budur ki, adətən, metroda "depo”ya gedən qatarlarla müəyyən stansiyaya qədər getmək olur. Amma dayanacaqarda minlərlə sərnişin dayandığı halda üzərinə "depo” yazılmış "BakuBus" avtobusları "mənzilbaşına” boş gedirlər. Niyə? Bəyəm "depo”ya çatana kimi sərnişin daşımağı onlara qadağan edən BNA bilmir ki, Vətən müharibəsi aparan ölkənin büdcəsinə nə qədər ziyan vurur? Üstəlik işğaldan hər gün azad olunan yaşayış məntəqələrinin bərpası böyük vəsaitlər tələb edir. Adi hesablamalara görə, təkcə metronun "Koroğlu” və "28 May” stansiyalarından "depo”ya çatana kimi sərnişinləri götürməklə 5 -6 min manat, bəlkə də daha çox qazanc əldə etmək olar. Digər tərəfdən, BNA nəyə görə belə çətin məqamlarda gediş haqqını ikiqat artıran insafsız taksilərə şərait yaradır. İctimai nəqliyyatın "depo”ya boş getdiyini görən sərnişinlər niyə taksiyə artıq pul verməyə məcbur olmalıdırlar? Təbii ki, paytaxt sakinləri "BakuBus" avtobuslarının "depo”sunun şəhərin hansı istiqamətində yerləşdiyini çox yaxşı bilirlər.

Başqa bir təklif yollarda tıxacın daha da artması ilə bağlıdır. Əgər şənbə-bazar günləri ictimai nəqliyyat işləmirsə, onda həftənin iş günləri də şəxsi maşınların hərəkətinə məhdudiyyət qoymaqla müəyyən vaxta kimi bu problemi də həll etmək olar.

Bütün hallarda BNA pik saatlarda yaranmış acnacaqlı durumla bağlı ciddi tədbirlər görməlidir.

Nurəddin Muğanlı,

Xətai rayon sakini, jurnalist.


906 oxunub

InvestAZ