XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Xalqımızın qəhrəman oğlu ən yüksək adlara layiqdir
Gündəm 10:35 / 21.10.2020

Hər zamanın öz hökmü var. Vaxt yetişəndə bu hökmü dəyişmək mümkün olmur. Daha doğrusu, bu hökmdən qaçmaq mümkünsüzdür. Doğma Qarabağın taleyi də belədir. Qarabağ məsələsinin həlli də vaxt baxımından artıq yetişib.

Otuz il öncə torpaqlarımız mənfur düşmənlərimiz tərəfindən işğal olunanda vaxt bizim xeyrimizə işləməyib. Ancaq son günlər zaman biz azərbaycanlıların nəhayət, haqq səsini eşitdi. Türk dünyasının böyük oğlu, xalqımızın müdrik lideri İlham Əliyev öz uzaqgörən siyasəti ilə zamanı dəyişərək, bizim xeyrimizə işləməyə məcbur etdi. O, vaxtında zamanın nəbzini tutaraq müqəddəs torpaqlarımızın xilaskarına çevrildi. Xalqımızın çoxdankı ən ümdə istəyini gerçəkləşdirdi.

Xalqımızın birliyinə arxalanan böyük rəhbər, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında 27 sentyabr 2020-ci il tarixi xilas gününün başlanğıçı oldu. Qısa zaman kəsiyində Onun başçılığı altında Azərbaycan Ordusu mənfur erməni faşistləri tərəfindən işğal olunmuş əzəli torpaqlarımız azad olunmağa başladı. Bu xilaskar missiyası xalqımızın dünyagörüşünü, təfəkkür tərzini dəyişərək əsl milli oyanış üçün mühüm zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyevin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün fəaliyyəti xalqımızın və Vətənimizin inkişafına yönəlmiş xidmətləri hər cür alqış və yüksək mükafatlara layiqdir. Odur ki, təklif edirəm ki, xalqımızın və Vətənimizin yeni tarixini yazan bu fədakar, vətənpərvər insanın adı Xankəndinə verilərək, bu şəhərin adı İlhamabad olsun. Zənnimcə cənab Prezidentin etdiyi son addımlar əsl qəhrəmanlıq nümunəsi hesab olunmalıdır. Buna görə də təklif edirəm ki, Prezidentimiz Milli Qəhrəman adı ilə təltif olunsun.

Adil Misirli,

Ağcabədi.



555 oxunub

InvestAZ