XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Ovannisyan Azərbaycanın gücünü fövqəldövlətlərlə müqayisə etdi
DÜNYA 09:46 / 21.10.2020
Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyü də var. Yenisəs.az "Qafqazinfo”-ya istinadən bildirir ki, "Sputnik Ermənistan" -ın ”a verdiyi xəbərə görə , bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan İctimai televiziyanın efirində deyib.

Onun sözlərinə görə, bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib.

"On iki dəfə çox, başa düşürsünüzmü, bu nədir? Bu müharibə tarixində, demək olar, heç vaxt olmayan və ya çox nadir hallarda olan şeydir”, - Ovannisyan deyib.

O vurğulayıb ki, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur. 

"Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük. Hər iki tərəfdən bütün mexanizmlər uyğun gəlmir, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət yetirilib”, - Ovannisyan deyib.



798 oxunub

InvestAZ