XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Xudafərinin strateji əhəmiyyətləri bunlardır – Millət vəkili
MƏMLƏKƏT 15:48 / 20.10.2020

Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi əməliyyatlar nəticəsində Xudafərin körpüsünün azad edilməsi İran-Azərbaycan münasibətlərinin yenidən canlanmasına səbəb olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkiliFazil Mustafadüşmən tapdağından azad edilən Xudafərin körpüsünün strateji əhəmiyyətləri barədə danışarkən deyib.

Rəsmi Bakının Tehranla su anbarı ilə bağlı müqaviləsini xatırladan millət vəkili bu məsələnin böyük strateji əhəmiyyətlərə malik olduğunu vurğulayıb:

"Xudafərin körpüsünün düşmən tapdağından azad edilməsi hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması olmaqla yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmlənməsi, bölgənin sosial-iqtisadi inkişafına mühüm təkan verəcək hadisədir”.


998 oxunub

InvestAZ